Neft Şirkətində (SOCAR) kadr dəyişikliyi olub.
"Unikal" xəbər verir ki, bununla bağlı şirkətin prezidenti Rövşən Nəcəf əmr imzalayıb.
Əmrə əsasən, "Neftqazelmitədqiqatlayihə” institutunun direktoru Fəxrəddin İsmayılov vəzifəsindən azad edilib. Hələlik vəzifə səlahiyyətləri direktor müavini Mübariz Quliyevə həvalə edilib.
Buna baxmayaraq, direktorun vəzifəsini isə hələlik heç bir rəsmi göndəriş olmadan SOCAR-ın vitse prezidenti Babək Hüseynovun müavini Anar Əliyevə tapşırılıb. O, həm də Ümid Babək ƏŞ direktor müavinidir.
Seymur Əli