Binəqədi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, işıqforun qırmızı işığında keçən 133 saylı sərnişin avtobusu hərəkətdə olarkən qarşıdan gələn “Opel” markalı avtomobillə toqquşub.

Minik avtomobili digər iki nəqliyyat vasitəsinə çırpılıb. “Opel”də olan iki nəfər – 39 yaşlı Əyyubov Afər Mirzəxan oğlu və onun yaşıdı Məmmədov Cavid Mahir oğlu hadisə yerində ölüblər.

Meyitlər təcili tibbi yardım briqadalarının köməkliyi ilə aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.