İspaniyanın cənub-şərqində yerləşən Valensiya vilayətində güclü yağışlar daşqınlara səbəb olub.

"Unikal" xəbər verir ki, təbii fəlakət nəticəsində azı 62 nəfər həlak olub. 

***13:20

İspaniyanın Valensiya bölgəsində baş verən daşqınlar nəticəsində ən azı 51 nəfər ölüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb. 

  ***09:49

Güclü yağış və tufan İspaniyaya böyük ziyan vurub. 

"Unikal" xəbər verir ki, xüsusilə İspaniyanın şərq və cənub bölgələrini təsir edən güclü yağış və tufan böyük fəsadlara səbəb olub.

Mülki Yardım Agentliyindən verilən açıqlamada Valensiya, Mursiya, Malaqa, Tarraqona, Mayorka və Almeriya şəhərlərində rekord miqdarda yağan yağışlar nəticəsində əkinçilik sahələrinə ciddi ziyan dəydiyi, çox sayda avtomobilin sel suları tərəfindən aparıldığı bildirilib.

Qeyd olunub ki, ölkənin şərq və cənub bölgələrində qırmızı və ya narıncı həyəcan siqnalı verilib, Əndəlus bölgəsində Quadalhorce çayının daşması səbəbindən bəzi yollar nəqliyyatın hərəkətinə bağlanıb.