Şimali Koreya qitələrarası ballistik raketi (ICBM) sınaqdan keçirdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Şimali Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bu ICBM buraxılışını şərh edən ölkə lideri Kim Çen In "Sınaq atəşi son vaxtlar regionda vəziyyəti qəsdən gərginləşdirən və təhlükəsizliyə təhdid yaradan rəqibləri məlumatlandırmaq məqsədinə tam cavab verən hərbi əməliyyatdır", - deyib.
Onun sözlərinə görə, Koreya yarımadasındakı təhlükəsizlik vəziyyəti və Şimali Koreyaya qarşı durmadan artan potensial təhdidlər və çağırışlar Pxenyandan strateji zərbə qabiliyyətini gücləndirməyə davam etməyi tələb edir.
"Bəyan edirəm ki, KXDR öz nüvə qüvvələrini gücləndirmək üçün heç vaxt öz kursunu dəyişməyəcək", - Şimali Koreya lideri vurğulayıb.
Gülayə Mecid