Məhkəmə biznes-kouç Ayaz Şabutdinovun həbs müddətini fevralın 3-dək uzadıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, külli miqdarda dələduzluqda ittiham olunan blogerin işində 113 cinayət epizodu var.
Hazırda Şabutdinovun iki ortağı axtarışdadır: əvvəllər tanınmış, təlim kursları satan şirkətin baş direktoru olan Vasili Alekseyev və həyat yoldaşı Yelena. Onlar hazırda BƏƏ-də gizlənirlər.