"Barselona" futbolçusu Fermin Lopezlə yeni müqavilə imzalayıb. 

"Unikal" qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kataloniya klubu 21 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə 2029-cu ilə qədər müqavilə imzalayıb. Yeni müqaviləyə əsasən futbolçunu digər komanda transfer etmək istəyərsə 500 milyon avro məbləğində pul ödəməlidir. Bu, futbolçu və klub arasında razılıq nəticəsində dəyişə də bilər. 

Qeyd edək ki, bu mövsüm Fermin Lopez "Barselona"nın heyətində 6 oyuna çıxıb və 2 qolun ötürməsini edib.