Avropanın Ukrayna münaqişəsi ilə bağlı Rusiya ilə dialoqdan imtina etməsi “barbarlıqdır”.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.
"İndi sual budur: biz nə vaxt razılığa gələ bilərik ki, hər gün vəziyyət daha da pisləşir - ruslar irəliləyir, ukraynalılar ölür... Biz artıq müharibəni uduzmuşuq, vəziyyət getdikcə pisləşir", - deyə Orban bildirib.
Orban münaqişənin həlli üçün danışıqlara başlamağın vacibliyini vurğulayıb, Rusiya ilə ünsiyyətdən imtinanı barbarlığın təzahürü adlandırıb.
“Cəbhədə daha çox insan ölməməlidir, tərəflər arasında bir növ dialoq olmadan müharibələr nadir hallarda baş verir... Avropanın Rusiya ilə dialoq aparmaması ilə fəxr etmək axmaqlıq, diplomatik çıxılmazlıq və insan barbarlığıdır”, - deyə Macarıstan lideri əlavə edib.