Özbəkistanda dövlət orqanlarının işinin sadələşdirilməsi və optimallaşdırılmasına yönəlmiş dövlət aparatında islahatlar aparılır. Son bir ildə Özbəkistanda məmurların sayı təxminən 3 min nəfər azalıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar dövlət aparatının səmərəliliyini artırmaq və büdcə xərclərini azaltmaq məqsədilə qəbul edilib. Beləliklə, Özbəkistan hökuməti daha şəffaf və həssas dövlət idarəetmə sistemi yaratmağa çalışır.
İslahat çərçivəsində bəzi dövlət orqanlarının ləğv edildiyi, mövcud strukturlarda vəzifələrin sayının azaldıldığı vurğulanır. Ləğv edilmiş qurumların yerində konkret problemlərin həllinə yönəlmiş yeni, daha səmərəli strukturlar yaradılıb.
Gülayə Mecid