Danimarkadakı Orhus Universiteti qorxu filmlərinə baxmağın təsirlərini araşdırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, elm adamlarının tədqiqatına görə, qorxu filmlərinə baxmaq narahatlığı aradan qaldırmağa və emosional dayanıqlığı artırmağa kömək edə bilər.
Əyləncə məqsədli Dəhşət Laboratoriyasının direktoru Mathias Clasen bildirib ki, onların araşdırmaları insanların qorxu ilə oynamaq təcrübələrinin sağlam göründüyünü və qorxu filmlərinin potensial olaraq “dərman” rolunu oynaya biləcəyini aşkar edib.
"Bəzi narahatlıqları olan insanlar idarə edə bilməyəcəkləri qeyri-müəyyən pis hisslər buludunda yaşayırlar. Amma qorxu filmini özün seçirsən. Və ona baxmaqla narahatlığı aradan qaldırmağa və emosional dayanıqlığı artırmağa kömək edə bilərsiniz".
Gülayə Mecid