Şabran rayonunda bədbəxt hadisə baş verib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, rayonun Padar kənd sakini 2019-cu il təvəllüdlü İsmixanova Fatimə Müzəffər qızı yaşadığı evdə bıçaqla oynayarkən ehtiyatsızlıqdan boğazını kəsərək ölüb.

Uşağın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib. 

Faktla bağlı araşdırma başlanılıb. 

Xanlar Qaraca