“Səbail"in baş məşqçisi Şahin Diniyev istefa verib.

"Unikal" xəbər verir ki, o, bu haqda qərarını Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Kəpəz"ə qarşı matçdan (0:1) sonra açıqlayıb.

Diniyev keçirdiyi mətbuat konfransında rəhbərliklə görüşdüyünü və öz xahişi ilə istefa verdiyini söyləyib.