Böyrəklərin sağlamlığını qorumaq və xəstəlik riskini azaltmaq üçün sağlam qidalanmaya diqqət etmək lazımdır. Bəzi qidalar böyrək sağlamlığını dəstəkləyən xüsusiyyətlərə malikdir. Böyrək orqanizmdən zəhərli maddələri təmizləyən, D vitaminini aktivləşdirən və qırmızı qan hüceyrələrinin yaranmasını təmin edən eritropoetin hormonunu istehsal edən mühüm orqandır.

"Unikal" böyrəkləri təmizləyən və toksinləri çıxaran meyvəni təqdim edir:

Zəngin qida dəyəri və fitokimyəvi maddələri ilə seçilən əzgil, aşağı kalorili qida olması ilə yanaşı, böyrək sağlamlığına faydalı olan meyvələrdən biridir. Yarpaqlarında olan flavonoidlər və C vitamini boğaz və ağız infeksiyalarının qarşısını alır.

Bədəndə yağ yığılmasını azaldaraq pis xolesterinin (LDL) və trigliserid səviyyələrinin azaldılmasını təmin edir. Damarların daxili divarındakı yağları azaltmağa və aterosklerozun qarşısını almağa yardımçı olur.

Əzgilin ən önəmli faydası, anemiya probleminə qarşı dəstəkləyici bir element təmin etməsi və beləliklə də əzələ fəaliyyətini saxlamağa kömək etməsidir. Əzgil sirkəsi də olduqca faydalıdır. Onun ən önəmli faydalarından biri antibakterial xüsusiyyətlərə malik olmasıdır. 

O, həmçinin böyrəkləri və qaraciyəri effektiv şəkildə təmizləyir. Tərkibindəki yüksək miqdarda antioksidant sayəsində əzgil xərçəng, katarakt və diabet kimi xəstəliklərdən qorunmağa kömək edir. Bundan əlavə, hər gün 7 ədəd əzgil istehlakı beyin hüceyrələrini yaddaş itkisindən və digər nevroloji xəstəliklərdən qoruyur. Əzgil siropu, həmçinin, öskürəyi müalicə edir.

Əzgildən dəmlənən çay bəlğəmgətirici vasitə kimi də istifadə olunur. Əzgil yarpaqlarından hazırlanan çay xərçəngə səbəb olan toksinin atılmasına yardımçı olur. Əzgil çayı ağciyər xərçəngi, ağız xərçəngi və kolon xərçənginin qarşısını almaqda istifadə edilə bilər. 

Zərifə Nağıyeva