Lənkəran rayonunun sosial-iqtisadi inkişafına dair Tədbirlər Planına uyğun olaraq aparılan işlər davam etdirilir.  Qeyd edək ki, il sonunadək 11 küçənin asfaltlanması nəzərdə tutulur ki, bunlar şəhid Elşad Zeynallı, Orxan Quluzadə, Emil Qurbanov, Hamid Əskərov, Elnur Talıbov, Ehtiram Hüseynov və 20 Yanvar, Tofiq İsmayılov dalan 1, Vaqif Hüseynov dalan 1, Mirmustafaxan, Əli Məmmədov küçələridir.

"Unikal" xəbər verir ki, artıq qrafikə uyğun olaraq 6 küçənin asfaltlanması yekunlaşıb. Şəhid Elnur Talıbov, Əli Məmmədov, Tofiq İsmayılov dalan 1 və 20 Yanvar küçələrindən sonra daha iki şəhidimiz - Orxan Quluzadə və Elşad Zeynallı küçələrinin də asfaltlanması yekunlaşıb.

Hazırda asfaltlanması nəzərdə tutulan digər küçələrdə asfaltlanmaya hazırlıq işləri davam etdirilir, hava şəraitinə uyğun olaraq işlərin yekunlaşması həyata keçiriləcək.

Küçələrin asfaltlanması şəhər sakinləri tərəfindən məmnuniyyətlə qarşılanır və cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.