Astara rayonunda meyiti tapılan qızın kimliyi məlum olub. 

"Unikal"ın məlumatına görə, meyiti tapılan şəxs rayonun Pensər kənd sakini, 2006-cı il təvəllüdlü Əfsanə Yalçın qızı İbadovadır. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

*** 14:31

Astara rayonunda meyit aşkarlanıb.

"Unikal"ın məlumatına görə, gecə saatlarında Astara rayonunun Pensər kəndində 18 yaşlı qızın meyiti asılmış vəziyyətdə tapılıb. 

Məlumata görə, valideynlərini itirən qız, babası ilə yaşayırmış.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev