İranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. 

Qəza nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Həmid Mazandari həlak olub.

Təyyarənin Sistan və Bəlucistan əyalətinin cənub-şərqində qəzaya uğradığı bildirilir. Generalla birlikdə pilot da həlak olub.

Qəza İranın Əfqanıstan və Pakistanla sərhəd bölgələrində qaçaqmalçılar və sünni yaraqlılarına qarşı təlimlərin daxil olduğu "Şahida Müdafiə" təlimi zamanı baş verib.

Ağarza Elçinoğlu