Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən “Prometey” klubunun təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Zəfər turniri keçirilib. 

"Unikal" xəbər verir ki, 8 Noyabr-Zəfər Günü münasibətilə təşkil olunan turnirdə ümumilikdə 22 komanda (hər komandada 6 nəfər olmaqla) iştirak edib. İlk seçim mərhələsində uğurla çıxış edən 8 komanda final turuna vəsiqə qazanıb. 

Final turunda təqdim olunan 24 sual ətrafında komandalar maraqlı bilik yarışı nümayiş etdirib və nəticədə “Juggernaut” 1-ci,  “Without Y” 2-ci, “ChatİBF” isə 3-cü yerləri tutub. 

Turnirin sonunda qalib komanda üzvlərinə THİK tərəfindən sertifikat və qiymətli hədiyyələr təqdim edilib.