"Taliban" Donald Trampın prezidentliyi dövründə ABŞ ilə əlaqələri inkişaf etdirmək istəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.
"Ümid edirik ki, Əfqanıstan və ABŞ qarşılıqlı fəaliyyətə əsaslanan ikitərəfli münasibətlərin yeni səhifəsini aça biləcəklər", - deyə məlumatda qeyd olunur.
Bundan əlavə, "Taliban" Tramp administrasiyasının “iki ölkə arasında münasibətlərdə irəliləyişə yönəlmiş addımlar atacağına” ümid etdiyini bildirib.