Neftçala rayonunda 32 yaşlı qadının Kürdə batdığı ehtimal olunurdu.
"Unikal"ın əldə etdiyi məlumata görə, rayon sakini, 1992-ci il təvəllüdlü V. Məmmədovanın paytaxt ərazisində olduğu müəyyən olunub.
Qeyd edək ki, onun rayonun Bankə qəsəbəsində özünü çaya atdığı bildirilirdi.
*** 14:40
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Kür çayının Bankə qəsəbəsindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Bildirilir ki, Kürdə batan şəxs 32 yaşlı qadındır. Onun intihar məqsədilə özünü çaya atdığı deyilir.
Xəlil Əliyev