Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mədəniyyət mərkəzində  8 noyabr - Zəfər Gününə həsr olunmuş ümumrayon mədəni kütləvi tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri, Qazilər, müharibə iştirakçıları, Göygöl rayon ictimaiyyəti  və rayona gələn qonaqlar iştirak ediblər.  

Tədbirdə Respublikanın tanınmış mədəniyyət və incəsənət  nümayəndələrinin və rayon mədəniyyət mərkəzinin musiqi kollektivinin iştirakı ilə “Zəfər” adlı bədii-musiqili proqram təqdim olunub. Sonra Göygöl şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında atəşfəşanlıq  təşkil olunub.