"Real" "Əl-Nəsr"in futbolçusu Emerik Laportu heyətinə cəlb etmək istəyir.

"Unikal" xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. İspaniya klubu 30 yaşlı ispaniyalı müdafiəçini əsas transfer hədəfi kimi görür. Lakin klub qış transfer pəncərəsində 30 milyon avro məbləğində pul ödəmək niyyətində deyil. 
Qeyd edək ki, Emerik Laport bu mövsüm "Əl-Nəsr"in heyətində 15 oyuna çıxıb və 3 qol vurub. O, Səudiyyə Ərəbistan klubuna 2023-ci ilin yayında "Mançester Siti"dən keçmişdi. Müdafiəçinin hazırkı klubu ilə müqaviləsi 2026-ci ilə qədərdir.