İngiltərə Premyer Liqasında 11-ci tura yekun vurulub.

"Unikal" xəbər verir ki, bu gün oyun baş tutub.

“Mançester Yunayted" "Lester Siti"ni darmadağın edibsə, London derbisi - "Çelsi" - "Arsenal" dueli qollu bərabərliklə yekunlaşıb. 

"Nottingem Forest" evdə "Nyukasl"a, "Tottenhem" "İpsviç Taun"a uduzub.

Hazırda 28 xala malik “Liverpul” vahid liderdir. Son çempion “Mançester Siti” 23 xalla ikinci pillədə qərarlaşıb. “Çelsi”, “Arsenal”, “Nottingem Forest” və “Brayton”un 19 xalı var.