23 yaşlı gənc özünü yandırıb.
"Unikal" xəbər verir ki, hadisə Zaqatala rayonunun Yengiyan kəndində 3 gün əvvəl baş verib. Həmin kənd sakini 23 yaşlı Samir Bədir oğlu Bədirov yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandırıb. Yaralı yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada S.Bədirova lazımi tibbi yardım göstərilib və daha sonra həkimlər onun vəziyyətini nəzərə alaraq Bakı şəhərindəki xəstəxanaların birinə göndəriblər.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli