Lənkəran rayon sakininin silahdan xəsarət almasının bəzi təfərrüatları məlum olub.
"Unikal"ın məlumatına görə, Rövşən Tarverdiyevin intihara cəhd etdiyi bildirilir.
Yaxınlarının sözlərinə görə, R.Tarverdiyev Bakı şəhərində yaşayır və dünən anasının il məclisinə gəlib.
Həmçinin onun uzun müddət Bakı şəhərində yüksək vəzifələrdə çalışdığı qeyd olunub.
Hazırda Q. Tarverdiyev yerləşdirildiyi xəstəxanada əməliyyat olunur, vəziyyəti ağır olaraq qalır.
***
16:10
Lənkəran sakini ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
"Unikal"ın məlumatına görə, Lənkəran rayon Zövlə kənd sakini, 1964-cü il təvəllüdlü Rövşən Qələmirzə oğlu Tarverdiyev odlu silahdan açılan atəşlə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Həkimlər ona döş qəfəsinin dəlib keçən güllə yarası diaqnozu qoyaraq, əməliyyat blokuna alınıb. Hazırda hadisənin təfərrüatları araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev