İtaliya millisinin və İngiltərənin "Liverpul" komandasının futbolçusu Federiko Kyeza qışda ölkəsinə qayıtmağa hazırlaşır.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, “İnter” 27 yaşlı yarımmüdafiəçini icarə əsasında heyətinə qatmağı planlaşdırır. Bu transferin təşəbbüskarı Milan təmsilçisinin prezidenti, daha əvvəl "Yuventus"da çalışmış Cüzeppe Marottadır. O, Turin klubundan yaxşı tanıdığı oyunçunun “İnter”i gücləndirəcəyini düşünür.
Bu ilin yayında "Yuventus"dan “Liverpul”a keçən F.Kyeza indiyədək cəmi üç oyunda meydana çıxıb. Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.