Hazırda Ermənistanın Armavir vilayətinin qubernatoru olan Davit Xudatyan ərazi idarəetmə və infrastruktur naziri təyin olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində yazıb.
Qeyd edək ki, Paşinyan həm də 33 yaşlı Xudatyanın xaç atasıdır. O, 2018-ci ilə qədər müxtəlif kredit təşkilatlarında işləyib və Paşinyan hakimiyyətə gəldikdən sonra Armavir qubernatoru vəzifəsinə təyin edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl keçmiş ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan işdən çıxarılması ilə bağlı ərizə yazıb. Ermənistan prezidenti Vaaqn Xaçaturyan Qnel Sanosyanın ərazi idarəetmə və infrastruktur naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Ağarza Elçinoğlu