UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.
"Unikal" xəbər verir ki, sonuncu - VI turun oyunlarından sonra bəzi komandaların yeni mövsümə hansı liqalarda başlayacağı müəyyənləşib.
A Liqasında öz qruplarında 1 və 2-ci yerləri tutan Portuqaliya, Xorvatiya, Fransa, İtaliya, Almaniya, Niderland, İspaniya və Danimarka yığmaları 1/4 finala vəsiqə qazanıblar. Bosniya və Herseqovina, Polşa, İsrail və İsveçrə milli komandaları B Liqasına yuvarlanıblar. Əvəzində isə B Liqasından Çexiya, İngiltərə, Norveç və Uels kollektivləri A Divizionunda iştirak hüququ qazanıblar.
B Liqasına yüksələn komandalar Şimali İrlandiya, Şimali Makedoniya və İsveç olub. Bu seçmələri isə C Divizionunda Albaniya, Finlandiya, Qazaxıstan və Monteneqro əvəzləyib.
C Divizionunda qrup sonuncuları olan Azərbaycan və Litva yığmaları D Liqasına düşüb. Onların əvəzinə Moldova və tarixi uğura imza atan San Marino ilk dəfə C Liqasında mübarizə aparacaq.
Avstriya, Belçika, Yunanıstan, Macarıstan, Şotlandiya, Serbiya, Türkiyə və Ukrayna A, Ermənistan, Bolqarıstan, Gürcüstan, İslandiya, İrlandiya, Slovakiya və Sloveniya B, Cəbəllütariq, Latviya, Lüksemburq və Malta kollektivləri isə C Liqasında yer almaq üçün pley-off matçları oynayacaqlar.
Qeyd edək ki, UEFA Millətlər Liqasının pley-off mərhələsinin püşkatma mərasimi noyabrın 22-də İsveçrənin Nyon şəhərində reallaşacaq və Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.