La Liqada noyabr ayının ən yaxşı məşqçisi adına namizədlər bəlli olub.

"Unikal" xəbər verir ki, siyahıya Dieqo Simeone (“Atletiko" Madrid), Mişel (“Jirona”) və İmanol Alquasil (“Real Sosyedad”) daxildir. Bu barədə La Liqanın sosial şəbəkə hesablarında məlumat yayılıb.

Qeyd edək ki, oktyabr ayında mükafat “Barselona”nın çalışdırıcısı Hans-Diter Flikə verilib.