"Kəpəz" klubunun futbolçusu İlkin Qırtımov əməliyyat olunub.

Klubun mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, əməliyyat uğurla aparılıb. Qırtımovun bərpa müddəti 3 həftə çəkəcək.

Qeyd edək ki, müdafiəçiyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulmuşdu.