Rusiya və Ukrayna danışıqları Belarusda aparmalıdır.
"Unikal" xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
"Biz üç slavyan xalqıyıq. Heç bir amerikalı, heç bir avropalı - heç kim bizə yaxşı bir şey etməyəcək və kömək etməyəcək. Biz oturub razılaşmalıyıq. Biz Ukrayna ilə bağlı razılığa gələndə maraqlarımızın pozulmamasını istəyirik", - o deyib.
Lukaşenkonun sözlərinə görə, o, ölkəsinin münaqişəyə cəlb olunmasını istəmir, lakin gərginlik artmaqda davam edir: "Heç bir halda bu işə qarışmamalısan. Rusiya ilə NATO arasında toqquşma başlasa , bizim üçün də asan olmayacaq. Mən istəməzdim ki, müharibə bizim ərazimizdə olsun, burada kiminsə maraqları bizim hesabımıza həll olunsun".
Ağarza Elçinoğlu