Türkiyə III liqasında çıxış edən "Çorluspor 1947" klubunun baş məşqçisi Ersin Aka öldürülüb.

"Unikal" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, silahlı hücuma məruz qalan məşqçi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisəni törədən şəxsin axtarışına başlayıb.