“Sabah” klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib. 

"Unikal" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rusiyalı məşqçi Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb. 

Gənc mütəxəssis daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib, Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020). 
Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib (5 qol).

 

XXX

14:20

“Sabah” komandası baş məşqçisi Krunoslav Renduliçlə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, “Sabah” Misli Premyer Liqasında 19 xalla beşinci sırada qərarlaşıb.