Rusiya prezidenti Vladimir Putinin Qazaxıstana iki günlük dövlət səfəri başa çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin rəsmi "Telegram" kanalında məlumat verilib.

Putini Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev şəxsən yola salıb. Uçuşdan əvvəl rəssam Asel Sabirjankızı öz tablosunu Rusiya prezidentinə hədiyyə edib.

Tabloda Qazaxıstan və Rusiya arasında əbədi dostluq körpüsü təsvir edilir.