Burkina Faso yığması Rusiya ilə yoldaşlıq görüşü keçirməkdən imtina edib.
"Unikal" xəbər verir ki, qərarın səbəbini "Sport24"-ə sözügedən ölkənin futbol federasiyasının mətbuat sözçüsü Kader Traore belə açıqlayıb:
“Federasiyamızın baş katibinin sözlərinə görə, hazırda Rusiya millisi ilə oyunlar oynamaq çətindir. Çünki FİFA bu oyuna görə bizə qarşı cəza tədbirləri görəcək”.
Əslində, cavab məntiqli səslənmir. FİFA Rusiya millisinə və klublarına beynəlxalq yarışlar üçün qadağa tətbiq etsə də, yoldaşlıq görüşlərinə maneə yaratmır. Ən azından, 2023-cü ildə Rusiya yığması Afrika Təmsilçiləri - Keniya (2:2) və Kamerun (1:0) ilə iki yoldaşlıq görüşü, həmçinin Misirin Olimpiya yığması ilə daha iki (1:1, 1:2) matç keçirib.