“Orxan Pamukun eyniadlı romanı əsasında hazırlanan “Məsumiyyət muzeyi” serialı 9 bölümdən ibarət olacaq”.

"Unikal"  Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin tanınmış aktyoru və rejissoru Ercan Kesal deyib.

O qeyd edib ki, romanın müəllifi də serialdakı obrazlardan birini canlandıracaq.