Suriya Ərəb Ordusu Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Hələb və İdlib əyalətlərinə hücum edən azı 400 silahlını məhv edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu birinci dərəcəli kapitan Oleq İqnasyuk, Rusiya Suriyada Müharibə Tərəflərinin Barışıq Mərkəzinin rəis müavini deyib.
"Noyabrın 27-də saat 7:50-dən başlayaraq “Cəbhət ən-Nusra” terror təşkilatı ilə əlaqəli qeyri-qanuni silahlı dəstələr Hələb və İdlib əyalətlərində Suriya hökumətinin nəzarətində olan ərazilərə hücum ediblər. Suriya Ərəb Ordusu Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə inadla döyüşür", - deyə o bildirib.
İqnasyuk aydınlaşdırıb ki, son 24 saat ərzində terrorçular texnika və canlı qüvvədə əhəmiyyətli itkilər verib, azı 400 nəfər həlak olub.
***09:49
Suriya Ərəb Ordusu (SAA) Hələb şəhərinin şimalında və qərbində 20-dən çox yaşayış məntəqəsini ələ keçirmiş “Cəbhət ən-Nusra” ekstremist qruplaşmasının yaraqlılarının mövqelərinə qarşı əks-hücum əməliyyatı keçirib.
"Unikal" xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen" telekanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, hökumət qüvvələri Əl-Bakum şəhərini azad edib. Bundan əvvəl Suriyanın digər bölgələrindən də hərbi qüvvələr Hələbə gəlib. Noyabrın 27-də baş verən hücum zamanı “Cəbhət ən-Nusra” təşkilatının silahlıları və onlarla əlaqəli radikal qruplaşmalar Hələbdən 7-10 km təhlükəli məsafəyə yaxınlaşıblar.
Suriya Müdafiə Nazirliyindən verilən açıqlamada SAA-nın Hələb və İdlib əyalətlərində terrorçuların üsyanını yatırdığı, texnika və şəxsi heyətlə düşmənə ağır itkilər verdiyi bildirilib.
Gülayə Mecid