Tbilisidə parlament binası yaxınlığında keçirilən aksiyanın dağıdılması zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin 30-dan çox əməkdaşı xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat dərc edib.
“Mitinq iştirakçılarının qanunsuz və zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 32 əməkdaşı xəsarət alıb. Yaralılardan bəziləri baş, göz və bədən nahiyəsindən ağır xəsarətlər alıb. Onlardan 13-ü cərrahi müdaxilə tələb edib”, - deyə Gürcüstan DİN məlumatında qeyd edib.