Həcc və ya Ümrə ziyarəti üçün ayrı viza lazımdır.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanununun layihəsini təqdim edərkən deyib. 

“Mənə çox sayda suallar gəlirdi ki, Səudiyyə Ərəbistanı iki müqəddəs məkanın olduğu ölkədir və qeyd olunan saziş əsasında həmin pasport sahiblərinin aldıqları viza ilə getməsi mümkün olacaqmı?! Sazişda birbaşa istinad olunub ki, ziyarət üçün ayrı viza lazımdır. Bununla bağlı müzakirələr gedib və hesab edirəm ki, düzgün qərar qəbul olunub. Diplomatik, xüsusi və xidməti pasportla ölkələr arasında əlaqələrin genişləndirilməsi, müzakirələrin olunması üçün  işçi səfərləri həyata keçirilir. Başqa səfərlər isə ümumvətandaş pasportu və xüsusi viza tələbi olan məsələdir”, - komitə sədri əlavə edib.

Anar Kəlbiyev