Misli Premyer Liqasında XV tura start verilib.

"Unikal" xəbər verir ki, açılış matçında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena"da “Turan Tovuz”u qəbul edib. Görüş nominal ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 75-ci dəqiqədə Felipe Santos vurub.

Bu qələbə ilə xallarını 36-ya çatdıran Naxçıvan təmsilçisi turnir cədvəlində liderliyə yüksəlib. Tovuz klubu isə 27 xalla 3-cü pillədə qalıb.

Günün son oyununda isə “Sabah” "Bank Respublika Arena"da "Səbail"i sınağa çəkəcək. Qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq. Rusiyalı baş məşqçi Vasili Berezutskinin “Sabah”ın sükanı arxasında debüt edəcəyi görüş saat 19:00-da start götürəcək.

Turnir cədvəlində “Sabah” 19 xalla 5-ci, "Səbail" 8 xalla 9-cudur.

Qeyd edək ki, turun digər oyunları noyabrın 30-da və dekabrın 1-də keçiriləcək.