Son onilliklərin ən güclü daşqınları Tailandın cənubunda və Malayziyanın şimalında baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, son üç gündə suyun səviyyəsinin qalxması səbəbindən on minlərlə insan təxliyə edilib.

Tailandın cənubunda daşqınlar təxminən 534,000 ev təsərrüfatına təsir göstərib, ölənlərin 9-a çatıb və minlərlə insan təsirlənmiş ərazilərdə qurulmuş 200 müvəqqəti sığınacaqda qapalı vəziyyətdə qalıb.  

Milli Fəlakətlərin İdarə Olunması Mərkəzinin məlumatına görə, qonşu Malayziyada daşqınlar cümə günündən bəri 9 ştatda 139 minə yaxın insana təsir edib və 3 nəfər ölüb.

Tailandın Meteorologiya Departamenti şənbə günü ölkənin cənubunda bir sıra bölgələrdə daha güclü yağışın gözlənildiyini və təsirlənmiş ərazilərdə daha çox daşqın olacağı barədə xəbərdarlıq edib.