Kamçatkada 5,1 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.
Seysmik hadisənin episentri Petropavlovsk-Kamçatskidən 155 kilometr şimal-şərqdə, Kronotski körfəzində yerləşib.