Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi noyabr ayı ərzində 15 aptekdə yoxlama aparıb.

Bu barədə "Unikal"a Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, Bakı şəhəri üzrə 4, respublikanın digər şəhər və rayonlarında isə 11 aptek olmaqla, 12 aptekdə planlı, 3 aptekdə plandankənar təftiş aparılıb. Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb.

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1 və 452.3 maddəsi üzrə protokollar tərtib edilib.