Rusiya Futbol İttifaqı (RFİ) millinin ev oyunlarına UEFA və FİFA nümayəndələrini dəvət etməyi planlaşdırır. 

"Unikal" xəbər verir ki, bu barədə qurumun baş katibi Maksim Mitrofanov "RİA Novosti"-yə danışıb:

“Biz FİFA və UEFA rəhbərliyini 2025-ci ildə Rusiya millisinin ev oyunlarına dəvət etməyi planlaşdırırıq. Matç təqvimi hələ bəlli olmadığı üçün, konkret nə isə danışmaq hələ tezdir”.

Qeyd edək ki, beynəlxalq turnirlərdən kənarlaşdırılan Rusiya millisi 2024-cü ildə beş yoldaşlıq oyunu keçirib.