Cənubi Koreyanın Nazirlər Kabinetinin bütün üzvləri Baş nazir Han Deoksa hərbi vəziyyətin tətbiqi və ləğvindən sonra istefa vermək niyyətlərini bildiriblər. 

"Unikal" xəbər verir ki,  bu  barədə ölkənin “Çosun İlbo” qəzeti məlumat dərc edib. 

Baş nazirin dəftərxanası təsdiqləyib ki, Nazirlər Kabinetinin tam üzvləri istefa vermək niyyətlərini bildiriblər, lakin qərar yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 09:00) keçiriləcək iclasdan sonra veriləcək.

Görüş zamanı prezidentin köməkçiləri və prezidentin Vətəndaş Gücü Partiyasının rəhbərliyi hərbi vəziyyətlə bağlı vəziyyəti müzakirə edəcək.

Gülayə Mecid