Noyabrın 27-də keçirilən prezident seçkilərində Namibiyanın vitse-prezidenti və hakim partiya olan SWAPO - Namibiya Cənub-Qərbi Afrika Xalq Təşkilatının namizədi Netumbo Nandi-Ndaitva qalib gəlib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Namibiya Yayım Korporasiyası seçki komissiyasının məlumat yayaraq, "Nandi-Ndaitva 57% səs topladı" deyib. Namibiyanı əvvəllər heç vaxt qadın idarə etməyib.
Prezident seçkilərində 15 namizəd iştirak edib. Birinci turda qalib gəlmək üçün onlardan birinin 50% üstəgəl bir səs toplaması lazım idi.
72 yaşlı Nandi-Ndaitva Afrikanın ən təcrübəli siyasətçilərindən biridir. SSRİ-də təhsil alıb və “Kommunist gənclər hərəkatının işi və təcrübəsi” ixtisası üzrə diplom alıb. Sonrakı illərdə Nandi-Ndaitva müxtəlif dövlət vəzifələrində çalışmış və eyni zamanda parlament üzvü olmuşdur.
Gülayə Mecid