Mərakeşdə rusiyalı diplomat və həyat yoldaşı taksi sürücüləri tərəfindən döyülüb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın "Mash" teleqram kanalı məlumat yayıb.
Belə ki, hadisə Kasablankada bir hotelin yaxınlığında baş verib. Bir qrup taksi sürücüsü cütlüyə öz xidmətlərini təklif edib, daha sonra cütlüyün InDrive xidməti vasitəsilə işləyən sürücü gözlədiyini görüb, bu səbəbdən şikayət etməyə başlayıblar. Cütlüyün Rusiyadan olduğunu dialektlə eşidən kişilər onlara hücum edib.
Cütlüyün gözlədiyi Kiprin Suol Innovations LTD şirkətinin taksi sürücüsü gələndə onu da döyüblər. Daha sonra hotel işçiləri çölə qaçaraq izdihamın qarşısını alıblar. Hadisə yerinə polis və təcili yardım çağırılıb, zərərçəkənlər özəl klinikaya aparılıb.
Gülayə Mecid