Cümə axşamı, dekabrın 5-də Mayamidə (ABŞ) 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatının püşkatma mərasimi baş tutacaq.
"Unikal" fanat-a istinadən xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Püşkdən əvvəl səbətlər müəyyənləşib. 32 klub 4 səbətə bölünüb.
Püşkatma zamanı eyni konfederasiyadan birdən çox komanda bir qrupa düşə bilməyəcək. Yalnız turnirdə 12 klubla təmsil olunacaq Avropa zonası (UEFA) istisnadır. Bundan başqa, eyni ölkənin klubları da eyni qrupa düşə bilməyəcək.
Qarşıdan gələn klublararası dünya çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-ın 11 şəhərində 12 arenada keçiriləcək.
Səbətlərin tərkibi:
1-ci səbət: Mançester Siti (İngiltərə), Real Madrid (İspaniya), Bayern Münhen (Almaniya), PSJ (Fransa), Flamenqo (Braziliya), Palmeyras (Braziliya), River Pleyt (Argentina), Fluminense (Braziliya);
2-ci səbət: Çelsi (İngiltərə), Borussiya Dortmund (Almaniya), İnter (İtaliya), Portu (Portuqaliya), Atletiko Madrid (İspaniya), Benfika (Portuqaliya), Yuventus (İtaliya), Zalsburq (Avstriya);
3-cü səbət: Əl-Hilal (Səudiyyə Ərəbistanı), Ulsan Hyundai (Cənubi Koreya), Əl-Əhli (Misir), Vidad (Mərakeş), Monterrey (Meksika), Leon (Meksika), Boka Xuniors (Argentina), Botafoqo (Braziliya);
4-cü səbət: Urava Red Diamonds (Yaponiya), Əl-Əyn (BƏƏ), Esperans (Tunis), Mamelodi Sandaunz (Cənubi Afrika), Paçuka (Meksika), Seattle Saunders (ABŞ), Oklend Siti (Yeni Zelandiya), İnter Mayami (ABŞ).