La Liqada “Atletik” və “Real” arasında təxirə salınmış oyun keçirilib.

"Unikal" xəbər verir ki, Bilbaoda keçirilən qarşılaşma yerli komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Hesabı 53-cü dəqiqədə “Atletik”dən Berenqer açıb. 78-ci dəqiqədə Bellingem cavab qolu vurub. 80-ci dəqiqədə isə meydan sahiblərinin oyunçusu Quruseta qələbə qolunu “Real”ın qapısından keçirib.

Bu oyundan sonra “Real” 15 oyundan 33 xalla 2-ci yeri tutur. Lider “Barselona” 16 matçdan 37 xal toplayıb. “Atletik” isə 16 oyundan 29 xalla 4-cü pillədədir.

Qeyd edək ki, 68-ci dəqiqədə “Kral klubu”nün hücumçusu Kilian Mbappe penaltini dəqiq yerinə yetirə bilməyib. Onun vurduğu zərbədən sonra qapıçı topu dəf edib. 

Xatırladaq ki, Mbappe ötən həftə “Liverpul”la Çempionlar Liqası matçında da (0:2) penaltini dəqiq vura bilməmişdi.