“Real”ın hücumçusu Kilian Mbappe komandasının La Liqanın 19-cu turunda “Atletik”ə məğlubiyyətini şərh edib.
"Unikal" xəbər verir ki, 26 yaşlı futbolçu sözügedən görüşdə penaltini dəqiq yerinə yetirə bilməyib. Nəticədə Madrid təmsilçisi 1:2 hesabı ilə uduzub.
Mbappe isə matçdan sonra sosial şəbəkə hesablarında etdiyi paylaşımda məsuliyyəti öz üzərinə götürüb: “Bu, pis nəticədir. Hər detalın vacib olduğu matçda böyük səhv etdim. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Çətindir, amma vəziyyəti dəyişmək və kim olduğumu göstərmək üçün ən yaxşı vaxtdır”.
Qeyd edək ki, Mbappe ardıcıl 2 dəfə penaltini qeyri-dəqiq yerinə yetirib. Bundan əvvəl o, Çempionlar Liqasında "Liverpul"la matçda (0:2) qol şansını dəyərləndirə bilməmişdi.
Hazırda "Real" 33 xalla İspaniya çempionatının turnir cədvəlində ikinci yerdədir.