ABŞ-nin Kaliforniya ştatında 7 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 12 min nəfərin yaşadığı Fortuna şəhərindən 56 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 14 km dərinlikdə yerləşib.

ABŞ Milli Okean və Atmosfer İdarəsi zəlzələdən sonra ABŞ-ın qərb sahillərində sunami təhlükəsi elan edib. Xəbərdarlıq Şimali Kaliforniyaya, o cümlədən San-Fransisko şəhərinə, eləcə də qonşu Oreqon ştatının sahillərinə aiddir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.