Sovet və rus nəzəri fiziki, termonüvə sintezi sahəsində mütəxəssis, akademik Yevgeni Velixov vəfat edib.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, məşhur fizik 89 yaşında dünyasını dəyişib.

Velixov 2 fevral 1935-ci ildə Moskvada anadan olub. 50-ci illərin sonunda Lomonosov adına Moskva Dövlət Universitetində nəzəri fizika ixtisası üzrə təhsilini başa vurub. 1973-cü ildə SSRİ-də idarə olunan termonüvə sintezi üzrə tədqiqatların elmi rəhbəri vəzifəsini tutub. O, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında liderlərdən biri olub.